Samir Şərifov sərt qənaət tövsiyə edir
Azərbaycan hökuməti maliyyə böhranı ilə bağlı 2016-cı ilin icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, büdcə xərclərinin səmərəliliyinin artırılması məqsədilə ciddi addımlar atmaq niyyətindədir.
Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında deyib ki, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla, 2016-cı il və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır. Bu zaman dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə, maliyyə nizam intizamı gücləndirilməli, israfçılığa və izafi xərxlərə yol verilməməlidir. Bundan başqa, dövlət idarəetmə sisteminin təkmiləşdirilməli, dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatlar aparılmalı, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməli, bank sisteminin köklü şəkildə konsolidasiyası, və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.
Bundan başqa, nazir neftin ucuzlaşmaqda davam etməsi, AMB-nin manatın yeni məzənnəsinə keçməsi barədə danışıb. Valyuta ehtiyatlarına qənaət edilməsi, aztəminatlı ailələrin daha da yoxsullaşmasına yol verilməməsi də gündəlikdədir. --17D—
-
- İqtisadiyyat
- 12 Yanvar 2016 13:06
-
- İqtisadiyyat
- 12 Yanvar 2016 14:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz