Saxta mallara olunmuş konfrans
“Prokter & Gembl Azərbaycan Servisleri” MMC avqustun 10-da Bakıda saxta malların aşkar edilməsi və bu sahədə mübarizə məsələlərinə həsr olunmuş konfrans keçirib.
Konfrans Procter & Gamble markalı saxta mallarla mübarizə məqsədilə i Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təşkil edilib.
“Procter & Gamble Azərbaycan Xidmətləri” MMC-nin direktoru Tayqun Günay şirkətin dünyada saxta mallara qarşı apardığı mübarizədən danışıb
Sonra saxta mallarla mübarizəyə dair “Procter & Gamble” şirkətinin dünya təcrübəsi barədə şirkətin regional mütəxəssisi Denis Kraxmalovun məruzəsi dinlənilib. Məruzədə dünya praktikasından misallar gətirilərək beynəlxalq səviyyədə aşkarlanan qaçaqmalçılıq kanalları, üsulları və faktları barədə ətraflı məlumat verilib.
“Procter & Gamble” şirkətinin Bakı ofisində Turan-a deyiblər ki, bu, DGK əməkdaşları üçün 3-cü konfransdır. “Procter & Gamble” markalı saxta mallar Azərbaycana da tədürk edilir və bu tədbirlərdə məqsəd onun minimuma endirilməsidir.
“Procter & Gamble” şirkətinin nümayəndəliyi 1998-ci ildən fəaliyyt göstərir. “Prokter & Gembl Azərbaycan Servisleri” 2006-cı ildə təsis edilib. Bu şirkətin bir çox mallarının distribütoru “Engin ltd” (Türkiyə) şirkətidir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz