Səhər çağı bakılılar yenidən nəqliyyat sürprizləri ilə üzləşib
Bu gündən Bakıda 88 və 37 nömrəli iki avtobus marşrutunun hərəkəti qısaldılıb. Bu barədə Bakıda Nəqliyyatın İntellektual İdarəetmə İdarəsindən (Nİİİ) məlumat verilib.
Mərkızin məlumatına görə, əgər 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, oktyabrın 6-dan etibarən isə Azadlıq prospektindən 28 May metrostansiyasına kimi fəaliyyət göstərəcək. 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal- İçərişəhər m/s – 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan İçərişəhər m/s-na kimi hərəkət edəcək.
Nİİİ bu dəyişiklikləri bu gündən “Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə izah edir.
13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırıb. İndi bu marşrut xəttini Baku Bus MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib.
Qeyd edək ki, indiyə qədər dövlətə məxsus “Bakubus”MMC avtobuslar daha 3 marşrut üzrə fəaliyyət göstərirdi - (1, 5 və H1).
Bir qayda olaraq Nəqliyyat Nazirliyi şəhər sərnişin nəqliyyatında yenilik barədə onu tətbiq etməzdən bir gün əvvəl elan edir, bəzənsə heç xəbərdarlıq da etmir.08D
-
- İqtisadiyyat
- 6 Oktyabr 2015 16:04
-
- Cəmiyyət
- 6 Oktyabr 2015 18:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz