Sənaye istehsalı 4% azalıb
Bu ilin yanvarında sənaye istehsalı həcmi (sənaye xidməti daxilг) 2,8 mlrd manat olub. Bu, 2013-cü ilin yanvarındakından 4% azdır. Hökumətin iqtisadiyyatın şaxələnməsi barədə bəyanatlarına baxmayaraq, sənaye sektoru zəifdir və neft sənayesindən asılıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında mədən sənayesinin xüsusi çəkisi 72,7% olub. 3,6 mln ton neft (2013-cü ilin yanvarı ilə müqayisədə - 0,2 mln ton) və 1,6 mlrd m3 qaz (+0,1 mlrd m3) hasil edilib. Neft-qaz sektorunda istehsal 5,2% azalıb. DSK-nın hesablamasına görə, qeyri-neft sektorunda sənaye istehsalı 5,6% artıb.
2013-cü ildə Azərbaycanda sənaye istehsalı 1,8%, o cümlədən qeyri-neft sektorunda 4,8%, neft-qaz sektorunda 1,1% artıb.
Yerli ekspertlər qeyd ediir ki, sənaye sektoru və başqa sahələrdə real istehsal həcmi gizlədilir. Məsələn, rəsmən ötən il tikinti armaturu istehsalı 4,1% azalıb. Amma məlumdur ki, yerli bazarda bu malın bir istehsalçısı var. Onun hökumətdə himayəçiləri olduğu üçün vergi və başqa strukturların təzyiqini neytrallaşdıra bilir. 08D
-
- İqtisadiyyat
- 17 Fevral 2014 12:48
-
- İqtisadiyyat
- 17 Fevral 2014 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz