Sentyabrda sənaye istehsalı 8,8% azalıb
Bu ilin yanvar-sentyabrında Azərbaycanda sənaye istehsalının həcmi 23 mlrd manat olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 0,2% çoxdur, deyə Dövlətstatkom bildirir.
Rəsmi məlumata görə, qeyri-neft sektorunda sənaye istehsalı 3,6%, neft sektorunda 0,2% azalma olub.
Sənaye istehsalının 87,2% sənaye məhsulunun payına düşür. Qalan 12,8% sənaye xarakterli xidmətdir. Sənaye istehsalında özəl sektorun xüsusi çəkisi 80,6% olub.
Sənaye istehsalında hasilat sənayesi 65,7%, emal sənayesi 28,2% paya malikdir.
DSK-nın məlumatına görə, sentyabrda avqustla müqayisədə sənaye istehsalı 8,8% azalıb. İstehsalda azalma iyundan başlayıb. 08D
-
- Mədəniyyət
- 19 Oktyabr 2016 14:25
-
- Siyasət
- 19 Oktyabr 2016 16:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz