Sığorta mükafatları 400 mln manatı keçib
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, ötən il sığorta şirkətləri 405 mln 672,51 min manat mükafat yığıb. Bu, ötən ilkindən 63,15 mln və ya 15,6% çoxdur. Artım əsasən korporativ və icbari sığorta üzrədir. “Paşa Sığorta” 1 yanvar üçün 53 mln 730,45 min manat toplayıb. Bu, ötən ilkindən 7 mln çoxdur və ümumi sığorta haqlarının 13,2%-dir. “Paşa həyat Sığorta” 34,97 mln manatla 5-cidir.
“AzərSığorta” hazırda 40,95 mln manatla (ayda 7,5 mln artım) üçüncüdür. “AzSığorta” 42,1 mln manatla üçüncü yerdədir.
“Atəşgah” 37,49 mln manat mükafatla 4-cü yerdə qərarlaşıb. “Atəşgah Həyat Sığorta”nın mədaxili 23,74 mln olub.
Onluğun aşağısında müəyyən rotasiya var (cədvələ bax). “Standard Insurance” 18,15 mln manatla 7-cidir, AXA MBASK - 17,35, “İpək Yolu Sığorta” – 17,13 mln manat mükafat yığıb.
“Paşa Sığorta” ödənişlərdə liderdir. O, 27,43 mln manat ödəniş edib. Bütün ödənişlərin 22,3%-i onun payına düşür. Onun mükafatları kimi xərcləri də əsasən KTS üzrədir. Şirkətlər yanvardan sentyabra ümumən 122,8 mln manat ödəniş edib. Bu, əvvəlki ilin göstəricisindən (93,86 mln) 29 mln manat çoxdur. --17D—
-
- İqtisadiyyat
- 16 Yanvar 2014 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz