Sığorta şirkətlərinin nizamnamə kapitalı minimumu artırılıb
Sığorta şirkətlərinin nizamnamə kapitalına minimum tələb təsdiq edilib.
Maliyyə Nazirliyinin kolegiyası (5 mln manat) həyat sığortası və lisenziya almaq istəyənlər üçün saxlayıb. Həyat sığortaçıları 015-ci ilin 01 yanvar tarixinədək 5 000 000 manat; 2015-ci ilin 01 yanvar tarixindən etibarən 6,5 mln manat; 2016-cı ilin 01 yanvar tarixindən etibarən 8 mln manat; 2017-ci ilin 01 yanvar tarixindən etibarən 10 mln manat; yeni təsis edilən sığortaçılar 10 mln manat kapitala malik olmalıdır. Yeganə təkrarsığorta şirkəti (AzRe) və yeni təsis edilən təkrarsığortaçılar üçün minimum 20 mln manat müəyyən edilib.
Təkrarsığorta riskləri ilə məşğul olmaq istəyən mövcud sığortaçılar bu arzu martın 1-dən 2,5 mln manat, gələn ilin 1 yanvarından 5 mln manata başa gələcək. --17D–
-
- Dünyada
- 13 Fevral 2014 15:01
-
- İqtisadiyyat
- 13 Fevral 2014 15:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz