Xarici sığortaçı yanvarda heç nə yığmayıb
«Chartis Azerbaycan» (keçmiş СК AIG Caspian) sığorta şirkəti yanvarda bir qəoik də sığorta mükafatı əldə etməyib.
Turan dəfələrlə yazıb ki, ardıcıl olaraq onun növlərini alırlar (yanğından sığorta, KTS və avtomobil sahiblərinin məsuliyyətinin könüllü sığortası), bu isə həcmə təsir edir – 2009-cu ildə 1,65 mln, 2011-ci ildə 1,6 mln, ötən il 927,61 min manat mükafat olub.
Yerli bazar üçün bu, gözə çarpmayan nəticədir, amma komanda bacardığı qədər çalışır. Şirkət rəhbərliyi yaşamaq üçün mükafat portfeli ilə yanaşı idarəetmə sxemini də dəyişməyi qərara alıb. İki sual cavabsız qalır: «Chartis» yerli bazardan gedirmi və təsisçilərin tərkibində dəyişiklik olacaqmı? Rəhbərlik bu məsələyə martda cavab verəcək (Novruz ərəfəsi).
Chartis Azerbaijan yerli bazarda 1999-cu ildən xidmət göstərir. Əvvəl onun əvəzinə törəmə strukturu AIG (American International Group) qeydiyyata alınmışdı.
İndi 49% Amerika kapitallı şirkətin yerinə 100% xarici kapitallı Brintaniya şirkəti fəaliyyət göstərir (15 oktyabr 2010-cu ildə qeydiyyata alınıb) və 10 sığorta növü üzrə xidmət edir. Şirkətin nizamnamə kapitalı 6,78 mln manatdır.
Əsas təşkilat olan CHARTIS-in 90 illik sığorta təcrübəsi var. Bu gün CHARTIS 160 ölkədə 45 mln müştəriyə xidmət edir. --17D—
-
- İqtisadiyyat
- 13 Fevral 2014 15:30
-
- Cəmiyyət
- 13 Fevral 2014 15:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz