Sığortaçıların nəzərinə
Maliyyə Nazirliyi martın 1 və 3-də sığorta şirkətlərində rəhbər vəzifələrə namizəd şəxslər və broker lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirəcək.
Sığortaçıların attestasiyası “Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2 maddəsinə uyğun olaraq həyata keçirilir. Arayış üçün 21 fevral saat 17-yə qədər a.sadixova@maliyye.gov.az elektron ünvanına müraciət etmək lazımdır.
İddiaçılar özləri və fəaliyyət növlər barədə tam məlumat verməlidirlər. Qaydalara əsasən, sualların 70 faiz və daha çoxuna doğru cavab verənlər attestasiyadan keçir.
Attestasiyada iştirak qiyməti fiziki şəxslər üçün 200, hüquqi şəxslər üçün 1 min manatdır.
Sığortaçıların attestasiyası 2009-cu ilin əvvəlindən sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz