Şirkətlər 5 ay fəaliyyət göstərmədən bağlanıb
Oktyabrın 5-də görünməyən bağlarla bağlı olan 10 şirkət ləğv edilib. Onların hamısı az qala eyni vaxtda yaradılıb və ləğvetmə barədə informasiyaları da sözbəsöz eynidir.
Şirkətlərin (“Veksel”, “Opsion”, “Divident”, “Alqoritm.az”, “Dempinq.az”, “Alternativ İnnovasiya”, “Podrat İs”, “Biznes Class Co”, “Aktiv Temir” və “Atr Kapital”) ləğv edilməsi barədə informasiya “Vergilər” qəzetinin xüsusi buraxılışında dərc edilib.
Bu şirkətlərin kreditorlarına 70 gün ərzində iddia qaldıra biləcəkləri barədə xəbərdarlıq edilib. Qanunda kreditorlarla hesablaşma üçün azı 60 günlük müddət nəzərdə tutulub.
Bu şirkətlərin beşi Yasamal, 3-ü Sabunçu, qalan ikisi Qəbələ rayonundadır. Şirkətlərin təsisçilərinin adı məlum deyil, direktorları müxtəlif şəxslərdir.
Qlobal şəbəkədə ləğv edilən şirkətlərin təsərrüfat fəaliyyəti barədə heç bir informasiya yoxdur. Turan İA bu şirkətlərin nümayəndələri ilə əlaqə yarada bilməyib.
Bir qayda olaraq, «birgünlük şirkətlər» pulların yuyulması və ya dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə yaradılır. Bu şirkətlərin belə sxemlərdə iştirak edib-etmədiyi bilinmir.
Vergilər Nazirliyinin məlumatına görə, bu şirkətlərdən ikisinin dövlət büdcəsinə hərəyə 80 manat borcu var. 08D
-
- Cəmiyyət
- 5 Oktyabr 2016 13:58
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz