SOCAR dövlət büdcəsinə ayırmaları azalıb
2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR dövlət büdcəsinə 1 mlrd 271 mln 276 min manat (mənfi 18,8%) vergi ödəyib. Ötən il SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd 564 mln 548 min manat təşkil edib.
2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 115 mln 417 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 3%). Bu ilin oktyabr ayında şirkət DSMF-ə 11,194 mln. manat məbləğində ödəniş həyata keçirib.
SOCAR-ın 2015-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1,5 mlrd. manat səviyyəsində müəyyən edilib.--17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz