SOCAR «Rosneft»dən almaq üçün bəzi aktivləri öyrənir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyada “Rosneft”dən almaq üçün bəzi aktivləri öyrənir. “Bir neçə həftə ərzində bu (sənədlərin imzalanması) mümkündür. Aktivlərin adları var, lakin iddiaçı çoxdur, hamı “Rosneft” ilə əməkdaşlıq etmək istəyir”, - SOCAR rəhbəri Rövnəq Abdullayev IP Week çərçivəsində “Rosneft” rəhbəri İqor Seçinlə görüşünün yekunları ilə bağlı jurnalistlərə bildirib.
Vəziyyətlə tanış olan iki mənbə “İnterfaks”a bildirib ki, SOCAR “Rosneft”dən “Polyarnoye siyaniye” şirkətinin alınması məsələsini öyrənib ki, bunu da sonda Aleksey və Yuri Xotinlərin şirkəti alıb (o cümlədən ConocoPhillips-də payı).
SOCAR-ın “Polyarnoye siyaniye” şirkətinə marağını şərh edən Azərbaycan şirkətinin nümayəndəsi jurnalistlərə deyib: “Biz Rusiya üzrə çox aktivi nəzərdən keçiririk”.
Turan xatırladır ki, 2014-cü ilin mayında SOCAR və “Rosneft” genişprofilli, o cümlədən hasilat sahəsində birgə müəssisə yaradıblar. Lakin bu müəssisə indiyədək fəaliyyət göstərmir.12D--
-
- İqtisadiyyat
- 12 Fevral 2016 11:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz