SOCAR TANAP qaz kəməri layihəsi ilə bağlı planlarını açıqlayıb
Azərbaycan Dövlət Neft Şirkəti Transanadolu qaz kəməri layihəsində (TANAP) payının bir hissəsini kiminlə böləcəyini müəyyən edib. SOCAR prezidenti Rövnəq Abdullayevin mətbuat üçün bugünki bəyanatına əsasən, “Şahdəniz” layihəsinin iştirakçıları – Britaniyanın BP, Norveçin Statoil və Fransanın Total şirkətləri rəsmi olaraq TANAP layihəsində iştirak məqsədilə Dövlət Neft Şirkətinə müraciət ediblər.
Abdullayevin sözlərinə görə, SOCAR hazırki 80% payının 51%-ni özündə saxlamağı planlaşdırır. Lakin SOCAR rəhbəri 29% paketin şirkətlər arasında necə bölünəcəyini və hər-hansı şirkətin ümumiyyətlə TANAP Co boru kəməri şirkətinə daxil ola bilməyəcəyi ehtimalının olub-olmadığını dəqiqləşdirməyib.
Hər üç şirkətin SOCAR-ın “Şahdəniz” layihəsi üzrə əsas partnyorları olduğunu, habelə SOCAR-ın onlarla birlikdə Azərbaycan qazının ixrac qrupuna daxil olduğunu nəzərə alsaq, çox güman ki, BP, Statoil və Total TANAP Co-nun təsisçiləri sırasına daxil olacaq.
Uzunluğu 1700 km-dən çox olan boru kəmərinin buraxılış qabiliyyəti ilk mərhələdə 16 mlrd. kubmetr, daha sonra isə 22 mlrd. kubmetr təşkil edəcək. Boru kəmərinin tikintisinə 2014-cü ilin üçüncü rübündə başlanacaq və 36 ay sonra başa çatacaq. Layihənin ilkin dəyəri 8 mlrd. avrodur. -12С-
-
- Siyasət
- 6 Sentyabr 2012 18:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz