Statistika Komitəsi yanvar-oktyabrda dövlət büdcəsinin icrası haqqında
Statistika Komitəsinin məlumatına görə, noyabrın 1-i üçün dövlət büdcəsinin gəlirləri 13 mlrd 874,1 mln manat təşkil edib. 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 12,1% olub.
Neft Fondundan transfertlər nəzərə alınmadan mənfəət vergisi 1 mlrd 927,8 mln manat (mənfi 10,1%), ƏDV 2 mlrd 654,7 mln manat (+5,7%), gəlir vergisi 895,6 mln manat (+13,3%), aksizlər 535,8 mln manat (mənfi 22,1%) olub.
Dövlət büdcəsinin xərcləri 13 mlrd 925,3 mln manat (+0,5%) təşkil edib. İqtisadiyyatın inkişafına 5 mlrd 428,6 mln manat (mənfi 6,8%), sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd 596,4 mln manat (mənfi 1,9%), təhsil sahəsinə 1 mlrd 114 mln manat (+4,9%), ümumi dövlət xərclərinə 1 mlrd 317,2 mln manat (+18,9%), hüquq-mühafizə və məhkəmə orqanlarına 839,8 mln manat (+1,2%), səhiyyə sahəsinə 514,9 mln manat (+2,6%) yönəldilib.
Büdcə kəsiri 51,2 mln manat təşkil edib.
Bu il dövlət büdcəsinin gəlirləri 19 mlrd 438 mln manat, xərcləri 21 mlrd 100 mln manat, kəsiri 1 mlrd 662 mln manat və ya ÜDM-in 2,8%-i səviyyəsində təsdiq edilib. Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərini 17 mlrd 80 mln manat, xərcləri 17 mlrd 730 mln manat, kəsiri 650 mln manat və ya ÜDM-in 1,1%-i səviyyəsində gözləyir. --17D—
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 19:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz