Sürətli pul köçürmələri bazarı $1,4 mlrd-a çatıb
Azərbaycanin bank sistemində sürətli pul köçürmələri dövriyyəsi 2012-ci ilin yanvar-avqustunda 1108,2 mln manat (($1,4 mlrd) ekvivalenti olub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 203,8 mln manat və ya 22,5% çoxdur. Qəbul edilən pul göndəriləndən iki dəfə çoxdur. O, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 50% artıb.
Avqustda köçürmə dövriyyəsi 168,2 mln manat olub. Ötən ilki avqustla müqayisədə o, 31% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, orta göndərilən məbləğ yanvardakı 877,3 manatdan avqusta 930,2 manata, qəbul edilən 594,7 manatdan 615,4 manata artıb. Göndərilən köçürmə sayı 44 mindən 44,3 minə, qəbul edilən 113 mindən 206,3 minə artıb.
Hesabat dövründə qeydiyyata alınan pul köçürmələrinin ümumi sayı 1668,7 min, o cümlədən qəbul edilənlər 1268 min olub. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz