Təxminən 3 milyon nəfər fərdi sosial sığorta hesabına malikdir
Dekabrın 1-i üçün 2 mln. 941 min 308 nəfər (+9,3% ilin əvvəli üçün) icbari fərdi sosial sığorta hesabına malikdir.
Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir ki, yanvardan dekabra kimi 249 min 951 hesab açılıb. Fərdi hesab sahiblərinin əksəriyyəti kişilərdir.
DSMF-in məlumatına görə, hesab sahiblərinin çoxu 30 yaşınadək işləyən vətəndaşlardır (bütün sosial sığorta ödəyicilərinin 24,2%-i). Həmçinin 30-40 yaşlarında sosial sığorta ödəyiciləri üçün 23,9%, 21,5% - 40-50 yaş, 20,4% - 50-60 yaş, 10% - 60 yaşdan yuxarı sosial hesab açılıb.
Ölkədə pensiya sistemində islahatlar 2006-cı il yanvarın 1-dən aparılıb. Əhalinin əmək qabiliyyətli hissəsi fərdi sosial sığorta hesabına keçirilib. Yəni, hər bir sosial sığorta ödəyicisinin adlı hesabı var. Perspektiv pensiya hesabı məqsədilə ödənişlər orada toplanır.
Qanuna görə, pensiya üç mənbədən formalaşır – baza, sığorta və yığım hissə. İlk ikisi qüvvədədir, üçüncü hələlik tətbiq olunmur.--17D—
-
- Cəmiyyət
- 19 Dekabr 2014 13:41
-
- İqtisadiyyat
- 19 Dekabr 2014 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz