- İqtisadiyyat
- 2 Oktyabr 2012, 15:40
- 192
Texnikabank-ın adı Bank Technique oldu
Texnikabank-ın adı dəyişilərək Bank Technique olub. Bank artıq vergi orqanlarında təkrrar qeydiyyatı başa çatdırıb.
Bankdan verilən məlumata görə, adın dəyişməsi brendinq siyasəti ilə bağlıdır. Xatırladaq ki, 15 avqust 2012-ci ildə bankın səhmdarlarının növbədənkənar iclasında rebrendinq barədə qərar verilib.
«Adın dəyişdirilməsi yeni brendinq siyasətinin reallşamasında yalnız ilk addımdır. Bank bu istiqamətdə geniş miqyaslı iş aparmalıdır. İndiyə qədər baş verən və gələcəyə planlaşdırılan daxili dəyişikliklərlə birgə korporativ üslubun əvəzlənməsi bankın ideologiyasını əks etdirərək brendi potensial müştərilər üçün daha cəlbedici etməlidir»,- deyə bankda bildiriblər. –15B--
-
- İqtisadiyyat
- 2 Oktyabr 2012 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz