Ticarət obyektlərinin sahəsi 8.4% artıb
2013-cü ildə Azərbaycanda ticarət obyektlərinin sayı 0,7% artıb. Mağazaların sahəsi isə 8,4% artıb. Bu, ticarət şəbəkəsinin böyüdülməsinin nəticəsidir: kiçik mağazalar bağlanır, onların yerini supermarketlər tutur.
Dövlətstatkomda Turan-a deyiblər ki, 2014-cü ilin əvvəli üçün Azərbaycanda 3,2 mln m2 sahəsi olan 60 114 mağaza olub. 2013-cü ildə Bakıda 20 116 mağaza (+21 mağaza) olub. İl ərzində onların ümumi sahəsi 1 710,2 mindən 1 788,9 min m2-ə (+4,6%) artıb.
Bu il yanvarın 1-i üçün mağazalardan başqa 5 774 ticarət köşkü olub. Bu, 2012-ci ildəkindən 1,2% çoxdur. Son 3 ildə köşk sayı 337 ədəd artıb.
Azərbaycanda ən populyar supermarketlər bunlardır: “Bazarstore”, “Araz Supermarket”, “Neptun”, “Favorit-Market”, “Kontinental”, “Citimart”, “Bizim Maklet”, “Fresco”, “Səbət”. 08B
-
- Sual-cavab
- 12 İyun 2014 16:36
-
- İqtisadiyyat
- 12 İyun 2014 16:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz