«Topaz İnvestments» «NIKOIL» Bankın səhmlərinin yeni emissiyasının birinci hissəsini alıb
“NIKOIL” Bankın əsas səhmdarı – “Topaz İnvestments” QSC bank səhmlərinin yeni emissiyasının birinci hissəsini bütövlüklə alıb. Bu barədə bankın məlumatında deyilir.
Turan məlumat verir ki, Bakı Fond Birjasında yerləşdirilmiş 60 milyon manat məbləğində səhm alınıb.
Beləliklə, bankın kapitalının artırılmasının birinci mərhələsi başa çatıb ki, nəticədə 94,5 mln. manat təşkil edib.
90 mln. manat məbləğində ikinci tranş kapitalın 184,5 mln. manatadək artırılmasını nəzərdə tutur.
Bu qərar səhmdarların 21 sentyabr 2016-cı il tarixli ümumi yığıncağında qəbul edilib.
Majoritar səhmdar artıq bankda lazımi vəsaiti yerləşdirib və hazırda birja vasitəsilə emissiyanın təşkili üzərində iş gedir. Emissiya və səhm alışı bu il oktyabrın sonlarında başa çatacaq.
Hazırda “NIKOIL” Bankın səhmləri səhmdarlar arasında belə bölünüb:
“Topaz İnvestments” QSC - 84,08%
“NİKOYL” QSC – 15,55%
“ISR Holding” MMC – 0,37% 71D
-
- İqtisadiyyat
- 20 Oktyabr 2016 13:49
-
- Siyasət
- 20 Oktyabr 2016 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz