TuranBank-ın aktivləri 25,7% artıb
Bu il iyulun 1-i üçün TuranBank-ın aktivləri 241,686 mln manat olub. 2012-cü ilin eyni dövrü ilə müqayisədə 25,75%, 2013-cü ilin əvvəli ilə müqayisədə 11,34% artım olub.
Bankdan verilən məlumata görə, hesabat dövrü üçün kredit portfelinin qalığı 177,298 mln manat olub. Bu, 2012-cü ilin eyni dövrü ilə müqayisədə 21,23%, 2013-cü ilin əvvəli ilə müqayisədə 9,93% çoxdur.
Bu ilin yanvar-iyun ayları üzrə bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 4,4%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,4% artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,5% artaraq 51,8 mln manat təşkil edib.
Bankın nizamnamə kapitalı 40,1 mln manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 33,34%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 21,4% çoxdur. Hesabat dövründə “TuranBank”ın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 36,64%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 64,25% artaraq 43,549 mln. manat olub.
Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.
2013-cü ilin yanvar-iyununda TuranBankın gəlirləri 13,1 mln manat, xərcləri isə 10,469 mln. manat olub. Bankın balans mənfəəti 2,657 mln. manat təşkil edib. .—15D--
-
- İqtisadiyyat
- 10 İyul 2013 16:07
-
- İqtisadiyyat
- 10 İyul 2013 16:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz