Bank of Azerbaycan xalis mənfəəti beş dəfə artırıb
"Bank of Azerbaycan" ASC bu ilin yanvar-iyun aylarında vergi ödənilənə qədər 8.54 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründəkindən 5 dəfə çoxdur. bankın gəlirləri 22,5 milyon manat, xərcləri 13,96 milyon manat olub. Onlar ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə müvafiq olaraq 88,5 faiz və 34,8 faiz artıb.
Yanvar-iyunda aktivlər 32 faiz artaraq 347,36 milyon manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kreditin həcmi 38,9 faiz artıb və 299,34 milyon manat təşkil edib.
Depozit portfeli 17,83 faiz artaraq 181,05 milyon manata çatıb, o cümlədən tələb olunanadək depozitlər 23,78 faiz artaraq 74,76 milyon manat təşkil edib.
Bankın ödənilmiş nizamnamə kapitalı 10,4% artaraq 50 milyon manat təşkil edib.--15B--
-
- İqtisadiyyat
- 10 İyul 2013 16:09
-
- İqtisadiyyat
- 10 İyul 2013 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz