Turizm Nazirliyi lisenziyalı obyektlərin xidmətlərindən istifadə etməyi tövsiyə edir
Yay mövsümünün başlanması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarını diqqətlin olmağa və lisenziyalı turizm şirkətlərinin və otellərin xidmətindən istifadə etməyi tövsiyə edir.
Nazirliyin mayın 7-də yayılan məlumatında turizm şirkətlərinin vasitəsi ilə səyahətə gedənlərə tövsiyə olunur ki, turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını öyrənsinlər, şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Nazirlik Azərbaycanın regionlarında istirahət edən turistlərdən lisenziyalı otellərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşənlər Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərlər. -0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz