- İqtisadiyyat
- 17 Aprel 2014, 16:36
- 220
Üç ayda 118 mln manat mükafat yığılıb
Yanvar-martda sığorta şirkətləri 117 mln 942,68 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +15,3%) sığorta haqqı yığıb.
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, bunun 73,9%-i könüllü mükafatlardır (87 mln 139,4 min manat). Həyata sığortası daha çox - 72,1% artıb və 20,84 mln manat təşkil edib.
Könüllü növlərdə tibbi sığorta 35 mln 795 min manatla liderdir. Həyat yığım sığortası üzrə 17,61 mln toplanıb. Üçüncü yerdə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır – 12 mln manat. Bu növ və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (9,84 mln) hesabına icbari növlərdə artım (il ərzində +9,3%) olub və onlar 30,8 mln manata çatıb.
Ödənişlərin mükafatlara nisbəti 24,2%-dir. Sığorta hadisələri üzrə 28,6 mln manat ödənilib.
Daha çox ödəniş KTS (10,65 mln) üzrədir. --17D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz