Uğurlu əmtəə nişanı yeni şirkətin adına çevrilib
“Dəvəçi Broyler” ASC-nin 15 yanvardakı ümumi yığıbcağının qərarı ilə “Səba” əmtəə nişanı şirkətin yeni adına çevrilib.
Şirkətdə Turan-a deyiblər ki, səhmdarlar bütün törəmələrin (“Dəvəçi Broyler Dərin Emal”, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl”, “Qarabağ Toxum” və “Baki Fud Kompani”) ana şirkətə birləşməsini istəyib. Şirkət onlarda 100% paya malikdir. Bununla bağlı nizamnaməyə dəyişiklik edilib.
“Dəvəçi Broyler” ASC-də pay iştirakı 14 səhmdar, o cümlədən “Azərbaycan İnvestisiya Şirkəti ” – 10%, “Baku İnvestment Company” MMC – 37,31% arasında bölünüb.
“Dəvəçi Broyler” ASC şirkətlər qrupu yem, broyler quşları və yarımfabrikatlar istehsalı müəssisələri “Al-Chicken” restoranı və “Sebalı” köşklərindən ibarət şəbəkədir. Broyler fabrikinin gücü ildə 13 min ton, ölkədə quş ətinə tələbat 95 min tondur.
“Dəvəçi Broyler” ASC 1996-cı ildə Şabran broyler fabrikinin bazasında yaradılıb. 1997-ci ildə özəlləşəndən sonra 2002-ci ildə istehsal bərpa edilib. O, 135 ha sahə tutur. 90 tikilisi var. “Biləsuvar Aqro” sutkada 100 ton süd emal edir. “Qarabağ Taxıl” MMC-nin 5600 ha torpağında buğda, qarğıdalı və s. yetişdirilir.
-
- İqtisadiyyat
- 15 Yanvar 2014 15:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz