Ünvanlı dövlət sosial yardımı alanların sayı azalır
Bu ilin yanvar-aprelində 113 min 455 ailə (494 min 892 nəfər) ünvanlı dövlət sosial yardımı alıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövründəkindən 26 min 774 ailə və ya 19% azdır. Bunun səbəbi yoxsulluq kateqoriyasından çıxmaq istəyən vətəndaşlara sosial layihələr çərçivəsində mümkün qədər əlavə qazanc imkanının verilməsidir.
Yardım alanların sayının azalması yardımın 14,5% artması ilə nəticələnib. Mayın 1-i üçün bu göstərici ailəyə 144,98 manat və ya 1 nəfərə 33,24 manat olub.
Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 234 990 nəfərdir. Onlardan 6329 nəfəri 1 yaşadək uşaqlardır. Sağlamlıq imkanları məhdud olduğu üçün yardım alanlar 5507 nəfərdir. Ünvanlı yardım təyin olunan ailələrin 32550-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. --17D—
-
- İqtisadiyyat
- 15 May 2015 16:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz