Dövlət büdcəsi Mərkəzi Bankın gəlirinin qalığı ilə tamamlanacaq
Milli Məclisin yaz sessiyasının bugünki iclasında baxılan məsələlərdən biri “Azərbaycan Mərkəzi Bankı haqqında” qanun olub. Bu qanuna düzəlişlər edilib.
Dəyişikliklər AMB öz kapitalının azlığı ilə bağlı problemlərə aid olub. İndi ilin sonuna doğru ölkənin əsas maliyyə tənzimləyicisinin balansında aktivlərin və passivlərin xarici valyuta və qızılla yenidən qiymətləndirilməsi ilə əlaqədar yaranmış ziyan öz kapital ehtiyatları hesabına ödəniləcək. Yəni aktivlər passivlərin məbləğindən aşağı düşdüyü təqdirdə yaranmış kapital çatışmazlığı bir maliyyə ili sonra dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Yeni qaydalara əsasən, ehtiyat kapitalların formalaşdırılmasından və illik maliyyə hesabatının auditor rəyi ilə təsdiq edilməsindən sonra Mərkəzi Bankın reallaşdırılmış gəlirinin sərbəst qalığı dövlət büdcəsinə köçürüləcək.
AMB kapitalı onun nizamnamə kapitalından (50 mlrd. manat) və kapital ehtiyatlarından (həcmi nizamnamə kapitalından az deyil) ibarətdir. Ehtiyatlar maliyyə ilinin yekunlarına görə gəlirdən ayrılan məbləğ hesabına formalaşdırılır. Kapital ehtiyatlarının minimum həcmi dövriyyəyə buraxılmış nağd milli valyutanın 15%-nə bərabər olur. -17D-
-
- İqtisadiyyat
- 15 May 2015 16:04
-
- Cəmiyyət
- 15 May 2015 17:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz