![ВankStandard fəallığı azaldıb](https://turan.az/resized/./turan-750-500-resize.webp)
ВankStandard fəallığı azaldıb
Üç rübdə «ВankStandard» ASC istehlak kreditləşməni 6,5% - 101 mln 799,2 manatadək azaldıb. Həmçinin ilin əvvəlindən depozit portfeli 0,8% - 715 mln 784,98 min manatadək, xüsusən əhalinin əmanətləri (mənfi 6%) – 544 mln 414,01 min manatadək, məcmu kapital 3,7% - 50 mln 743,82 min manatadək azalıb.
Bankın aktivləri 5,3% artaraq 1 mlrd 187 mln 109,77 min manat, kreditlər 11% artaraq 899 mln 502,8 min manat təşkil edib.
Öhdəliklər (+5,8%) 1 mlrd 131 mln 24 min manata çatıb. Nizamnamə kapitalı dəyişməyib - 75 mln manat təşkil edib. Bank 1 mln 237 min manat ziyanla işləyib.
«Bank Standard» ASC 1995-ci ildə yaradılıb. --17D—
-
- Söz istəyirəm
- 24 Noyabr 2015 15:34
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz