Vergi daxilolmaları 10,4% artıb
Bu ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 780,3 mln manat təşkil edib, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.
Vergilər Nazirliyindən Turana bildiriblər ki, vergi daxilolmalarının təxminən yarısı, yaxud 48,9% mənfəət vergisinin payına düşür. Ötən ilin yanvarında dövlət büdcəsinə vergi daxilolmalarının 54,3%-i bu vergi növünün payına düşüb.
Vergi daxilolmalarının 9,1%-i aksizlərin payına düşür, bu da ötən ilin eyni ayının göstəricisindən 3,3% çoxdur.
Məlum olduğu kimi, bu ilin yanvarın 21-dən Azərbaycan hökuməti yerli bazarının tələbatını ödəmək zərurətindən çıxış edərək avtomobil benzininə aksiz dərəcələrini minimuma endirib.
Vergilər Nazirliyinin məlumatına görə, qeyri-neft-qaz sektorundan 330,8 mln manat toplanıb, bu da 2013-cü ilin yanvarından 26,6 mln manat çoxdur.
2014-cü ildə Vergilər Nazirliyi dövlət büdcəsinə 7,1 mlrd manatın daxil olmasını təmin etməlidir. Bu da 2013-cü ilin icrasından 6,5% (6 663,6 mln manat) çoxdur. Bu il dövlət büdcəsinin gəlir hissəsində Vergilər Nazirliyinin payı 38,5% həcmində müəyyən edilib. 08D
-
- İqtisadiyyat
- 12 Fevral 2014 14:39
-
- İqtisadiyyat
- 12 Fevral 2014 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz