Vergi əməkdaşları kiçik sahibkarlarla vuruşur
Bir sıra kiçik və orta sahibkarların əmlakı siyahıya alınıb. Vergilər Nazirliyinin məlumatına görə, vergidən yayınanların sayı 5-dir.
“TEKOPLAST” şirkətinin (Nərimanov rayonu) 15,185,76 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. 2.680 manat dəyərində məişət avadanlıqları, qapı və pəncərə dəmirləri müəyyən edilmiş qaydada siyahıya alınıb.
Fiziki şəxs Şahid Məlikova məxsus tikinti materialları mağazasında (Nəsimi rayonu) da əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər. Onun 6,276,39 manatlıq vergi borcu olduğundan, borcun ödənilməsinin təmin edilməsi məqsədilə obyektdəki 7,130 manat dəyərində santexnika avadanlıqları müvafiq qaydada siyahıya alınıb.
Analoji hallar daha 3 obyektdə aşkar edilib.
Vergilər Nazirliyi iri məmurların biznesinə daxil olan strukturları heç vaxt məsuliyyətə cəlb etmir.–17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz