Vergilər Nazirliyi 2863 obyektdə əmək müqaviləsi bağlamadan işə cəlb edilmə faktları aşkarlayıb
Vergilər Nazirliyi bu ilin I yarısında keçirdiyi operativ tədbirlərin nəticələrini açıqlayıb. Operativ nəzarət tədbirləri zamanı 2.863 vergi ödəyicisi tərəfindən 4.720 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi məlum olub.
Vergilər Nazirliyinin mətbuat xidmətində qeyd ediblər ki, əmək müqaviləsi bağlamadan işə cəlb edilmə ən geniş yayılmış hadisə deyil. Yanvar-iyunda 27 min vergi ödəyicisinin qanunvericiliyi pozması faktları aşkar edilib. Sahibkarlar əsasən nağd hesablaşmaların aparılması qaydalarını pozur. Bundan başqa, 4000-dən çox vergi ödəyicisinin xüsusi razılıq tələb edilən fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Bunlar əsasən taksi sürücüləridir. 08D
-
- Cəmiyyət
- 12 İyul 2013 17:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz