Vergilər Nazirliyi 544,8 mln manat toplayıb
Yanvarda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 544 milyon 849,2 min manat məbləğində vəsait ödənilib. Bu, proqnoz göstəricisindən 12% çoxdur, deyə qurumun Media və Kommunikasiya Mərkəzi bildirir.
Ötən ilin yanvarında Vergilər Nazirliyi yığılan vergi həcmini açıqlamayıb. Ona görə ötən illə müqayisədə vəziyyətin necə olduğunu demək olmur.
Bu il Vergilər Nazirliyinin vergi və dövlət rüsumu planı 7 mlrd 510 mln manatdır. Bu, 2016-cı ildəkindən 7,1% çoxdur. 08D
-
- Foto sessiyalar
- 14 Fevral 2017 10:47
-
- Cəmiyyət
- 14 Fevral 2017 12:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz