Vergilər Nazirliyi «Risklərin vahid mərkəzdən idarə edilməsi» alətinin tətbiqinə başlayıb
Vergilər Nazirliyi “Risklərin vahid mərkəzdən idarə edilməsi” alətinin tətbiqinə başlayıb. Onun mahiyyəti müasir informasiya texnologiyalarından istifadə etməklə vergidən yayınma faktlarının aşkarlanması, elektron qayda vasitəsilə vergi nəzarətinin həyata keçirilməsi, vergi potensialının hərtərəfli qiymətləndirilməsindən ibarətdir.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Turan-a bildirilib ki, bu alət vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün səmərəli mexanizm olaraq təyin ediləcək vergi yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə edilməsinə, vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar olunmasına imkan verəcək.
“Risklərin idarə edilməsi” aləti vasitəsilə aşkar edilmiş risk üzrə, hər şeydən əvvəl, onun dürüstlüyü qiymətləndirilməklə, mövcud potensial vergitutma baxımından dəyərləndirilir. Bundan sonra aşkar edilmiş vergidənyayınma halının növünə uyğun olaraq 3 növ (kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiri) vergi nəzarəti tədbirindən biri seçilir və onun icrası avtomatik olaraq həmin alət vasitəsi ilə qeydiyyat prinsipi nəzərə alınmaqla müvafiq vergi orqanına həvalə edilir. 08D
-
- İqtisadiyyat
- 13 İyun 2016 18:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz