Vergilər Nazirliyi yığımı 7,9% artırıb
2012-ci ilin 10 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 259 milyon 784,2 min manat təşkil edib. Bu 2011–ci ilin müvafiq dövründən 7,9% çoxdur.
Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən Turan-a bildirilib ki, qeyri-neft sektorunun payına 2 768 mln. manat və ya vergi yığımının 52,6%-i düşür. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmalar 13,9% artıb.
İlin əvvəlindən ölkədə 60 668 yeni vergiödəyicisi qeydə alınıb. Noyabrın 1-i üçün ölkədə 472 126 vergiödəyicisi var. Qeyd etmək lazımdır ki, ötən 12 ayda vergiödəyicilərini sayı 58,6 min nəfər artıb ki bu da şirkətlərin və fiziki şəxslərin bir hissəsinin fəaliyyətini dayandırdığını göstərir. 08D
-
- Cəmiyyət
- 14 Noyabr 2012 11:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz