- İqtisadiyyat
- 12 Mart 2013, 12:25
- 193
ВР qabaqlayıcı qazma proqramında uğur barədə raport verir
BP-Azerbaijan şirkəti “Şahdəniz” yatağının “Mərhələ-2” layihəsi çərçivəsində qabaqlayıcı qazma proqramını uğurla davam etdirir.
Şirkətin planlarına əsasən, 2013-cü ilin III rübündə “Mərhələ-2” layihəsi çərçivəsində SDC02 yeni quyusunun qazılmasını başa çatdıracaq. Qazma işləri “İstiqlal” üzən qazma qurğusundan yatağın şimal hissəsində aparılır.
Sonra qazma qirğusunda kiçik modernləşmə aparılacaq və SDC03 quyusu qazılmağa başlayacaq.
Bundan başqa, 2013-cü ilin I yarısında şirkət “Heydər Əliyev” qurğusundan SDX07Ay quyusunda qazma işlərini bitirəcək.
İşlər başa çatandan sonra qurğuda modifikasiya və sertifikasiya aparılacaq, sonra yeni SDD02 quyusu qazılacaq. Bu quyuda qazma işləri 2014-cü ilin IV rübündə başa çatacaq.
Mərhələ-2” layihəsi çərçivəsində qabaqlayıcı qazma proqramı 2012-ci ildən aparılır. Onun məqsədi drillinq işlərinin aparılmasıdır ki, dəniz hasilat platforması qurulandan sonra istismar quyuları qazılması tez başlasın. Quyular çox mürəkkəb geoloji şəraitdə böyük dərinlikdə aparılır. Məhsuldar qatlar 6800 metr və daha dərindədir.
* “Şahdəniz”in işlənməsi üzrə saziş 4 iyun 1996-cı ildə bağlanılıb və həmin ilin oktyabrında qüvvəyə minib. “Mərhələ 2” layihəsinin 2013-cü ilin IV rübündə təsdiqi gözlənilir. Bu layihə çərçivəsində hasilat 2018-ci ildə, Avropaya qaz ixracı 2019-cu il üçün planlaşdırılır. .
Layihənin iştirakçıları bunlardır: ВР (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKoil (10%), NICO (10%), Total (10%) və ТРАО (9%). --12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz