Drom.ru
Xaricdən avtomobil alınması 5,8 dəfə azalıb
Bu ilin yanvar-sentyabrında Azərbaycan xaricdən 3,9 min avtonəqliyyat vasitəsi alıb. 2012-2013-cü illərdə bu, aylıq avtomobil idxalının yarısı idi.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında istifadə edilmişlər də daxil 3389 ədəd minik avtomobili alınıb. 2015-ci ilin eyni dövründə distriütorlar və dilerlər, eləcə də fiziki şəxslər ölkəyə 20 min 386 ədəd minik avtomobili tədarük edib.
2015-ci ilin yanvar-sentyabrında 733 avtobus və mikroavtobus gətirilmişdisə, bu il avtoparkı yeniləmək üçün nəqliyyat şirkətləri 61 nəqliyyat vasitəsi alıb.
Tikinti və nəqliyyat şirkətləri bu dövrdə 379 ədəd yük avtomobili alıb. Bu, 2015-ci ilin eyni dövründəkindən 4 dəfə azdır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz