Xarici sığortaçıların siyahısına əlavə edilib
Xarici sığorta, təkrarsığorta və broker şirkətlərinin siyahısına ibir neçə oyunçu əlavə edilib.
Dövlət Sığorta Nəzarəti Xidmətinin saytının məlumatına görə, xarici kapitallı sığorta şirkətlərinin siyahısına 4 təşkilat əlavə edilib: "NART Insurance and Reinsurance Brokerage Inc" (Türkiyə), "Alwen Hough Johnson Limited" (Britaniya), "SB Top Taym" (RF) və "Pioneer Insurance and Reinsurance Brokers Pvt" (Hindistan).
Beləliklə, reyestrdəki xarici kapitallı sığorta şirkətlərinin sayı 93-ə çatıb. Reyestrdəki xarici kapitallı təkrarsığorta şirkətlərinin sayı 39 səviyyəsində qalıb.
Broker seqmentinə bir xarici oyunçu artırılıb - "IUC Sigorta ve Reasurans Brokerligi A.S." (Türkiyə). Hələlik Azərbaycanda broker işləmək istəyən xarici fiziki şəxs qeydiyyata alınmayıb.
“Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, sığorta, təkrarsığorta və broker şirkətlərinin reyestrinə yüksək reytinqli strukturlar daxil edilməlidir ki, Azərbaycan sığortaçıları onların vasitəsi ilə sığorta və təkrarsığorta əməliyyatları keçirə bilsin.
Həmin qanuna əsasən, reyestr operativ yenilənməlidir ki, şirkət maliyyə bazarında iştirak edə bilsin.
Dövlət Sığorta Nəzarəti Xidmətinin reyestri “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən yaradılıb. --17D—
-
- Siyasət
- 22 İyul 2014 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz