Yeni investisiya şirkəti yaradılıb
“PSG-Broker” MMC bu gün qapalı səhmdar cəmiyyətinə çevrildiyini elan edib. Bu, o deməkdir ki, şirkət lisenziya alsa, qiymətli kağızlar bazarında müxtəlif xidmətlər göstərən altıncı investisiya şirkəti olacaq.
Şirkət PSG qrupuna daxildir. Təsisçiləri barədə heç nə məlum deyil. Şirkət korporativ saytında (http://psgbroker.az/az/about) bu barədə məlumat vermir, maliyyə hesabatını açıqlamır.
Məlumdur ki, “Cənub qaz dəhlizi” QSC-nin ümumi məbləği 2 mlrd 516 mln ABŞ dolları olan istiqrazlarının dörd buraxılışının yerləşdirilməsinin anderrayteri olub. “Cənub qaz dəhlizi” QSC-nin həmtəsisçisi SOCAR-dır.
Dəqiqləşdirilməyən məlumata görə, “PSG-Broker” SOCAR-ın törəməsidir. Şirkətin Avropadan həmtəsisçisi var. Şirkətin nizamnamə kapitalı 100 min manatdır. Direktoru bu yaxınlaradək Səbinə İsayeva olub. İndi bu vəzifəni Faiq Məmmədov tutur. O, eyni zamanda qrupun hüquq şirkətinə rəhbərlik edir.
PSG qrupuna “PSG Resort”, “PSG Production”, “PSG Tax Consultig”, “PSG Low”, «PSG idarə sistemləri» və “PSG Finans” BOKT daxildir.
Hazırda fond bazarında beş investisiya şirkəti iştirak edir: Unicapital, İnvest-AZ, Azfinance, Kapital Menecment və Pasha Kapital. 08B
-
- Cəmiyyət
- 19 May 2016 15:15
-
- İqtisadiyyat
- 19 May 2016 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz