Yevlax rayonunda prioritet kreditləşmə sahələri
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunda biznes strukturları kreditləşdirmək üçün prioritet sahələri müəyyən edib. Fondun məlumatında deyilir ki, burda südçülük istiqamətli ailə femer təsərrüfatlarının; "yaşıl marketin"; müasir çörək zavodunun; iri dənçilik təsərrüfatının; pendir və quru meyvə istehsalı müəssisəsinin; intensiv bağçılıq, kiçik və orta istixana təsərrüfatlarının yaradılması dəstəklənir.
“Yevlax rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər. Həmçinin onlar fonda müraciət edib müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-ci ildə fond sahibkarlara 275 mln manat məbləğində güzəştli kredit verib. 2014-cü ildə fond sahibkarlara 280 mln manat ümumi məbləğdə kreditlərin verilməsini planlaşdırır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz