FMO Bank Respublikaya iri məbləğdə kredit ayırdı
Bakı, 19 iyun 2019.
Bank Respublika və Hollandiya İnkişaf Bankı (FMO) arasında 8 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb. 3 il müddətinə ayrılan, aqro, kiçik və orta sahibkarlıq (KOS), həmçinin gənc sahibkarlar və qadın sahibkarların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.
Bu razılaşma beynəlxalq investorların son illərdə Azərbaycanın bank sektorunda bağladığı ən böyük kredit sazişlərindən biridir.
Bu nailiyyət, son illər ərzində mikro, kiçik və orta biznesi maliyyələşdirən qabaqcıl təşkilat kimi bazarda mövqeyini daha da möhkəmləndirən Bank Respublika komandasının gördüyü işlərin nəticəsidir.
Kredit, Banka kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə fəaliyyətini genişləndirməkdə yardımçı olacaq. Cəlb olunan vəsaitlər regionlarda çalışan sahibkarlara, xüsusən də kənd yerlərində çalışan sahibkarlara böyük məbləğdə kreditlərin verilməsi üçün istifadə olunacaq.
"Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO ilə müqavilənin imzalanması, Bankımıza və onun kiçik və orta sahibkarlığın inkişafına dəstəyin verilməsi və ölkədə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş strategiyamıza olan yüksək inamı təsdiqləyir", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz