Azərbaycan nümayəndəsi Eurovision finalında

Bakı/10.05.17/Turan: Mayın 9-da Kiyevdə 18 ölkənin nümayəndələrinin iştirakı ilə "Eurovision 2017" müsabiqəsinin yarımfinalı keçirilib. Finala keçən 10 nəfər arasında Skeletons (müəllifləri İsa Məlikov və Sandra Byurman) mahnısı ilə çıxış edən Azərbaycan nümayəndəsi Diana Hacıyeva da var.

Digər finalçılar Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika nümayəndələridir. Ümumilikdə 42 iştirakçıdan 26-sı finalda çıxış edəcək. Müsabiqənin iki yarımfinalı olur, hər birində 10 nəfər seçilir. Bundan başqa, təşkilatçı ölkənin (Ukrayna) iştirakçısı və beş Avropa ölkəsinin - Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Almaniyanın nümayəndələri avtomatik olaraq finala çıxır.

Müsabiqənin finalı mayın 13-də keçiriləcək. -02D-

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti