Azərbaycan pravoslavları İsa Peyğəmbərin doğum gününü qeyd ediblər

Yanvarın 7-nə keçən gecə Azərbaycanın pravoslav xristianları İsa Peyğəmbərin doğum gününü qeyd ediblər.

Bununla əlaqədar Azərbaycanın pravoslav xristianlarının başçısı Aleksandr Ata Bakıda pravoslav kilsəsində xüsusi ayin keçirib.

Ölkənin digər pravoslav kilsələrində də belə tədbirlər keçirilib.

Bir müddət əvvəl dövlət başçısı İlham Əliyev pravoslav xristianları bayramları münasibətilə təbrik edib, onlara sülh və əmin-amanlıq arzulayıb. -02D-

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti