- Mədəniyyət
- 6 Oktyabr 2012, 15:19
- 103
"Shakira və Rihanna Azərbaycanda insan haqları vəziyyətindən agah olmalıdır"
“Amnesty İnternational” və “Demokratiya üçün musiqi” təşkilatları tərəfindən imzalanan bəyanat müğənniləri Azərbaycanda ifadə azadlığı və insan hüquqlarının vəziyyəti haqqında məlumatlandırır.
“Shakira və Rihanna Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında xəbərdar olmalıdır”.
Açıq məktubda həmçinin jurnalist Elmar Hüseynovun 2005-ci ildə qətlə yetirilməsi qeyd olunub.
“Hər iki müğənni ölkədə Eurovision müsabiqəsindən sonrakı vəziyyətdən, o cümlədən fotojurnalist Mehman Hüseynova qarşı sürülən qondarma ittihamlar haqqında xəbərdar olmalıdır.
Amnesty İnternational təçkilatının Britaniya bölməsi bugün “Hərəkət et” kampaniyasına Zaur Qurbanlının adını əlavə edib.
Bu kampaniyada Azərbaycan prezidentinə ünvanlanmış “Mehman Hüseynov və Zaur Qurbanlıya qarşı ittihamları ləğv edin” mövzusu altındakı məktubun imzalanması xahiş edilir.
Jennifer Lopez, Rihanna və Shakira Bakıda keçirilən 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatında və Crystal Hall konsert zalında konsert verməlidir.
Jennifer Lopez sentyabrın 22-də baş tutan açılışda artıq iştirak edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən maliyyələşən konsertlər, “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə keçirilir.
-
- Mədəniyyət
- 6 Oktyabr 2012 15:00
-
- Cəmiyyət
- 7 Oktyabr 2012 12:29
Mədəniyyət
-
Mexikoda keçirilən möhtəşəm mərasimdə Danimarkanın kiçik Dunstal şəhərindən olan 21 yaşlı Victoria Kjær Teilvig “Miss Universe” yarışmasının qalibi elan olundu. Bu, Danimarkadan olan iştirakçının bu mötəbər titulu qazandığı ilk haldır.
-
İqlim dəyişikliyinin təsirləri getdikcə artan bir dünyada, incəsənət gözlənilməz, lakin güclü bir platforma olaraq ortaya çıxaraq ekoloji məsuliyyət barədə məlumatlandırma və müzakirələrə təkan verir. Bu təşəbbüslərdən biri də hazırda Goethe-Institutun dəstəyi ilə Kapellhausda nümayiş olunan “Başqa bir iqlim növü” adlı sərgidir. Bu sərginin zamanlaması təsadüfi deyil və 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı — COP29 ilə üst-üstə düşür. Sərgi, yerli və beynəlxalq perspektivləri birləşdirərək tamaşaçılara vacib ekoloji məsələlər barədə düşünməyi təklif edir.
-
Şəhərin hərarəti və müasir həyatın səs-küyü arasında, təbiətin də bir səsi olduğunu tez-tez unuduruq. Lakin rəssam Elnarə Nəsirli, "Meşənin Pıçıltısı - Səsin Sehri" adlı son sərgisi ilə təbiətin nəbzini və mesajını bizə xatırlatmaq istəyir. Hazırda "Gazelli Art House"-da nümayiş olunan bu multidisiplinar sərgi izləyiciləri meşənin ürəyinə daha yaxınlaşdırır; hər bir yarpaq xışıltısı, hər bir pıçıltı həyatla dolu görünür.
-
Dünya, təcili ekoloji çağırışlarla üzləşdiyi bir dövrdə, təbii resursların qorunması artıq ölkələri birləşdirən ortaq dəyərə çevrilib. Əvvəllər sadəcə müzakirə mövzusu olan ekoloji mühafizə indi demək olar ki, hər qlobal tədbirin diqqət mərkəzindədir.
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsinə Amerikadan baxış – Aleks Raufoğlu Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 11:55
- 250
Rəy yaz