13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib
Bakı/20.02.18/Turan: Fevralın 19-da Mərkəzi Seçki Komissiyası (MSK) Ramazan Ələkbər oğlu Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. O, namizədliyini özü irəli sürüb. R.Bəkirov ictimaiyyətə geniş məlum deyil. MSK namizədlər haqda şəxsi məlumatları açıqlamır.
Ancaq İnternetdən əldə edilən məlumata görə, R.Bəkirov 2010-cu ilin parlament seçkilərində Sumqayıt seçki dairələrindən birindən namizədliyini irəli sürüb, ancaq uğursuz olub.
Rəsmi qeydiyyat üçün namizədlər 125 seçkidairəsinin minimum 60-da ən azı 40 min seçici imzası toplamalıdır, İmzaların qəbulu martın 12-i saat 18:00-da başa çatır.
Beləliklə, prezidentliyə namizədliyini irəli sürənlərin sayı 13-yə çatıb.
Fevralın 14-də MSK dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Liberal -Demokrat Partiyasının sədri Fuad Əliyev, bitərəf, parlamentin deputatı Zahid Oruc, Vəkillər Kollegiyasının üzvü Anar Umudov, Ağ Partiyanın sədri Tural Abbaslının prezidentiyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Fevralın 17-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Bundan əlavə, ictimaiyyətdə geniş tanınmayan Elşən Həsənov və Asif Məmmədovun da namizədliklərinin irəli sürülməsi təsdiqlənib. Razi Nurullayevin namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən irəli sürülüb.
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) seçkilərin keçirilməsi üçün demokratik şərait olmadığından boykot etdiyini bəyan edib. Müsavat və Ümid partiyaları seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
REAL Hərəkatı, NİDA, Demokratiya və Rifah Hərəkatı seçkilərin nəticələrinin tanınmayacağını bəyan ediblər. -06D--
-
- Siyasət
- 19 Fevral 2018 23:20
-
- Bazarların icmalı
- 20 Fevral 2018 10:20
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz