ABŞ Azərbaycanda Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibəti ilə konfrans keçirib
Bakı/30.07.18/Turan: İyulun 30-da Azərbaycanın Qusar rayonunda (Bakıdan 177 kilometr şimal) Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsi ilə ABŞ hökuməti tərəfindən maliyyələşdirilən konfrans Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) tərəfindən təşkil edilib.
Müxtəlif dövlətlərdən olan diplomatlar, Azərbaycanın hökumət rəsmiləri və insan alverinə qarşı mübarizə sahəsində çalışan ekpertlər konfransın işinə qatılaraq problemin çözülməsi yollarını müzakirə ediblər.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilliam Qill deyib ki, Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, dünyada quldarlıq qurbanlarının sayı təxminən 25 milyondur.
Uilliam Qill şəxsiyyətinin gizli saxlanılması üçün şərti Gülnarə adı verdiyi bir cəsarətli Azərbaycanlı qadının əhvalatını diqqətə çatdırıb.
"Sözügedən qadın insan alveri qurbanına çevrilib, lakin Azərbaycan hökuməti, USAİD və İOM təşkilatlarının əməkdaşlığı sayəsində o, sığınacaq taparaq öz həyatını ləyaqətli şəkildə davam etdirmək imkanı əldə edib".
Müvəqqəti işlər vəkili əməkdaşlıq şəraitində fəaliyyətin vacibliyini vurğulayıb.
"Birləşmiş Ştatlar illər boyu Azərbaycan və dünayın digər ölkələri ilə birgə işləyərək, sözügedən cinayətə qarşı mübarizə aparır və Gülnarə kimi qurbanlara yardım edir. Azərbaycanla bu sahədə hər zaman tərəfdaşlıq etmişik. Birləşmiş Ştatların Azərbaycana etdiyi yardım insan alveri qurbanları üçün sığınacaqların maliyyələşdirilməsi, insan alveri qurbanlarına tibbi yardım göstərən peşəkarlara təlimlərin təminatı və həmçinin aidiyatı olan nazırliklərin fəaliyyətinin gücləndirilməsindən ibarətdir", deyə o qeyd edib.
Xatırladaq ki, 2015-ci ildən USAID Azərbaycanda üç vətəndaş cəmiyyətinin sığınacaqlarına dəstək göstərərək, həssas qadın və uşaqlara, habelə məişət zorakılığı, istismar və insan alveri qurbanlarına köməklik edib.
Qalmaq yerindən əlavə, sığınacaqlar qadın və uşaqları psixoloji, tibbi və hüquqi yardımla təmin edir ki, bununla da onlara həyatlarını bərpa etməyə və cəmiyyətə qayıtmağa kömək edir. 2015-ci ilin oktyabrından 2018-ci ilin martınadək layihənin dəstəklədiyi üç sığınacaq 100-dən çox təsdiq olunmuş və ehtimal edilən insan alveri qurbanlarına, habelə 1000-dən çox insan alverinin təsiri altına düşə biləcək insana birbaşa yardım edib.
2001-ci ildən USAID 70-dən çox ölkə və regionda insan alveri ilə mübarizə proqramlarına dəstək göstərib. Şərqi Avropa və Avrasiya regionunda əsas səylər Balkan ölkələrində və Şərqi Avropada, habelə keçmiş Sovetlər Birliyinin hədəf ölkələrində, o cümlədən Ukrayna, Belarus, Moldova, Bosniya və Azərbaycanda insan alverinin qarşısın alınması və qurbanlara yardıma yönəlib. -03B-
-
- İqtisadiyyat
- 30 İyul 2018 16:12
Siyasət
-
Paşinyan və Putin razılaşıblar ki, 2025-ci il yanvarın 1-dən Ermənistan və İran arasında keçid məntəqəsi yalnız erməni sərhədçiləri tərəfindən qorunacaq. Bu barədə oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub, bunu Paşınyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
-
Dövlət Departamentinin sözçüsü çərşənbə axşamı TURANın Vaşinqton müxbirinə rəsmi Bakının ABŞ və Qərbi düşməni kimi qələmə verməsi ilə bağlı sualına cavabında deyib: "Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir".
-
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq, daha sonra estafet erməni Mehrisinə, ondan sonra isə Belarusun Molodeçno şəhərinə keçəcək. Bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Moskvada MDB sammitində deyib.
-
Bugünkü təkbətək görüşlərdə Rusiya prezidenti Vladimir Putin İlham əliyev və Nikol Paşyanla yarım saata yaxın söhbət edib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Sülh müqaviləsindən kim yayınır: Ermənistan, yoxsa Azərbaycan? – Elxan Şahinoğlu Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 10:23
- 229
Rəy yaz