ATƏT PA-nın Bakı sessiyasında inam tədbirlərinin möhkəmləndirilməsi diqqət mərkəzində olacaq
ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə komitəsinin PA-nın Bakıda keçiriləcək illik sessiyasına dair qətnamə layihəsində əsasən hərbi sahədə inam tədbirlərinin möhkəmləndirilməsi, silahlı qüvvələr üzərində demokratik nəzarət və kiber təhlükənin kompleks qiymətləndirilməsi tövsiyə olunur.
ATƏT PA-nın mətbuat xidmətindən Turan-a bildirilib ki, qətnamə iyunun 28-dən iyulun 2-dək keçiriləcək PA-nın 23-cü illi sessiyasında qəbul ediləcək Bakı bəyannaməsinin əsas elementlərindən biri olacaq.
Təxminən 300 deputat bəyannaməyə səs verəcək. Sənəd ATƏT-in və onun üzvlərinin təhlükəsizlik, iqtisadiyyat, insan hüquqları sahəsində tövsiyələrini əhatə edəcək.
Qətnamə layihəsi adi silahlar üzərində nəzarətə dair mühüm tədbirləri qeyd edir.
Əsasən layihədə ATƏT ölkələri öz silahlı qüvvələri, müdafiə sahəsində planlaşdırma barədə mübadiləyə çağırılır və qiymətləndirmə üzrə təftişlərin və səfərlərin keçirliməsi nəzərdə tutulur.
Həmçinin ATƏT üzvləri silahlı qüvvələr üzərində demokratik nəzarət üçün müvafiq qanunverici əsasın qəbuluna çağırılır.
Eyni zamanda sənəd kiber təhlükənin hərtərəfli qiymətləndirilməsinə və “hesabatlılığın və kibernetik müharibələrin qarşısının alınması üçün təsnifat sisteminin yaradılmasına çağırılır.
Qətnamə layihəsində Ukrayna və Suriya da daxil olmaqla, bir neçə cari hərbi-siyasi münaqişələrdən danışılır.
Bakı bəyannaməsində ATƏT PA-nın iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit (İkinci komitə) və demokratiya, insan hüquqları, humanitar məsələlər (Üçüncü komitə) komitələrinin qərarları əksini tapacaq.
Sessiyanın sonunda Assambleya prezidentinin, bir neçə sədr müavini və komitənin vəzifəli şəxslərinin seçkisi olacaq.-02D-
-
- İqtisadiyyat
- 13 İyun 2014 19:21
-
- Cəmiyyət
- 14 İyun 2014 12:18
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz