Azərbaycan Krımda keçirilən seçkiləri tanımır - XİN

Bakı/12.08.19/Turan: Azərbaycan Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı "seçkilər"i tanımır.

Bu barədə Azərbaycan XİN-in sentyabrın 8-də keçirilmiş "Krım parlament seçkiləri" ilə bağlı şərhində deyilir. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti