![Azərbaycan müstəqilliyin 25-ci ildönümünü qeyd edir](https://turan.az/resized/media/2016/main/101800172008-750-500-resize.webp)
Azərbaycan müstəqilliyin 25-ci ildönümünü qeyd edir
Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 25 il öncə - 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.
Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.
Konstitusiya aktına əsasən milli və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara tam bərabər hüquqluluq zəmanət verilir.
2006-cı ilə qədər 18 oktyabr bayramı qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişiklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sırasından çıxarıb. Bu tarixlə bağlı iqtidar dövlət səviyyəsində hər hansı tədbir keçirmir. Yalnız ötən gün Azərbaycan prezidenti Dövlət Müstəqilliyi Günü münasibətilə təntənəli qəbul keçirib.
Müxalifət nümayəndələri Dövlət Müstəqilliyi Gününə laqeyd yanaşmanı onunla izah edirlər ki, indiki hakimiyyətin bu hadisəyə aidiyyatı yoxdur. O zaman Azərbaycanın müstəqilliyinin elan olunmasına qarşı çıxan partnomenklatura nümayəndələri bu gün hakimiyyətdə təmsil olunurlar.-06D-
-
- İqtisadiyyat
- 18 Oktyabr 2016 11:58
-
- Cəmiyyət
- 18 Oktyabr 2016 12:13
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz