Azərbaycan və Rusiya xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizini müzakirə ediblər
Bakı/20.07.22/Turan: İyulun 20-də Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzalanan üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Bundan başqa, Bayramov və Lavrov regionda nəqliyyat və tranzit məsələlərini, xüsusilə Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsinin vacibliyini müzakirə ediblər, məlumatda deyilir.
Xatırladaq ki, bir gün əvvəl Tehranda Rusiya prezidenti Vladimir Putin məhz bu layihənin mümkün qədər tez işə salmaq zərurətindən danışmışdı. -02D-
-
- Siyasət
- 20 İyul 2022 20:03
-
- Böyük Şərq
- 21 İyul 2022 06:45
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz