Açiq mənbələrdən foto.
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur
Bakı/26.06.21/Turan: İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.
103 il öncə həmin gün Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi birləşmə-Xüsusi korpus yaradılıb.
1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu bayramı oktyabrın 9-da - gələcək milli ordunun ilk batalyonunun yarandığı gün qeyd edilirdi. 1998-ci ilə qədər belə olub. Həmin il prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
Ötən ilin payızındakı 44 günlük Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin çağdaş tarixində mühüm mərhələ olub. Döyüşlər zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, keçmiş Ağdərə rayonunun bir hissəsi, Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri erməni işğalından azad edilib. Şuşa qala-şəhərin azad edilməsi istiqamətində parlaq əməliyyat hərbi kampaniyanın zirvəsi oldu.
Bundan sonra Ermənistan təslim olaraq qoşunlarını Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxardı. -06D-
Siyasət
-
Çərşənbə günü Sankt-Peterburqda MDB liderlərinin ilcasında Rusiya prezidenti Vladimir Putin Aktauda təyyarə qəzasında adamların həlak olması əlaqədar başsağlığı verib.
-
Bakı-Qroznı reysilə uçan Embraer 190 sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
-
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitinə gedərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə məlumat aldıqdan sonra gözlənilmədən Bakıya qayıtdı.
-
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Rəy yaz