John Bolton
Con Bolton: �ABŞ-ın İrana qarşı sanksiyaları Vaşinqtonun dostlarına toxunmamalıdır�
Vaşinqton/01.11.18/Turan: ABŞ administrasiyası istəyir ki, İranın xam neftinin ixracına qarşı sanksiyalar Tehranı zəiflətsin, ancaq o, öz müttəfiqlərinə ziyan vurmaq istəmir. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, bu barədə çərşənbə günü ABŞ prezidentini milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
"Məqsədimiz İran neftinin ixracını sıfıra endirmək üçün maksimum təzyiq göstərməkdir. Başa düşürük ki, İrana bitişik olan bəzi ölkələr, bu yaxınlarda onlara səfər etdim və həmin nefti alan digər ölkələr bundan dərhal imtina edə bilməzlər", - Bolton Hamilton mərkəzində xarici siyasət məsələləri üzrə müzakilələrdə bildirib.
"Biz çalışırıq ki, maksimum təzyiq göstərək, ancaq öz dostlarımıza, müttəfiqlərimizə zərər vurmaq istəmirik və bunun üzərində işləyirik", - Bolton vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı yeni sanksiyaları gələn həftə qüvvəyə minəcək. Eyni zamanda Ağ Ev Vaşinqtonun müttəfiqləri və tərəfdaşları sayılan ölkələrin hər biri ilə münasibətlərinə yenidən baxır.-25B-
-
- Dünyada
- 31 Oktyabr 2018 20:24
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz